Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.09.2020  18:11 

“Ermənistan XİN-in Türkiyə ilə bağlı açıqlamaları yalandır”





A+  A-

“Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Xatırladırıq ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib. Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.

Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.

Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya ki, Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı desinformasiya xarakterli məlumata gəldikdə isə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür”, - deyə məlumatda qeyd olunur.

Xəbər 2104 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +