Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.09.2020  12:57 

ABŞ-ın Azərbaycandakı səfirliyindən bəyanat





A+  A-

ABŞ-ın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan arasında davam edən döyüşlərlə bağlı bəyanat yayıb.
XəzərNews.az xəbər verir ki, sözügedən bəyanat səfirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı.

Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır”,- deyə bəyanatda qeyd olunub.

Xəbər 1997 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +