Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.07.2020  10:17 

Həmsədrlərdən sərhəddəki vəziyyətlə bağlı daha bir bəyanat





A+  A-

Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik növbəti bəyanat yayıblar.
XəzərNews.az bildirir ki, bəyanatda deyilir:

“İyulun 16-dan etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi alqışlayır və tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq məqsədi ilə ciddi detallı danışıqlara hazırlaşmaq üçün aktiv hərbi əməliyyatların hazırkı azalmasından istifadə etməyə çağırırıq. Bir daha vurğulayırıq ki, bu mürəkkəb dövrdə mülki əhaliyə və ya son dərəcə vacib infrastruktura ehtimal olunan təhdidlər daxil olmaqla, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək son dərəcə vacibdir”, - bəyanatda deyilir.

Həmsədrlər qeyd ediblər ki, bu yaxınlarda həmsədr ölkələrin birgə səylərini tənqid edən açıq bəyanatlar, yaxud birtərəfli qaydada yeni “şərtlər” yaratmağa cəhd göstərilməsi və ya nizamlama prosesinin formatının dəyişdirilməsi konstruktiv dialoqun bərpasına imkan vermir. Həmsədrlər bir daha təsdiqləyirlər ki, davamlı sülhə nail olmaq üçün siyasi iradə ən yaxşı şəkildə özünü maksimalist növqelərdən çəkinməkdə, atəşkəs rejiminə ciddi riayət etməkdən və təxribat xarakterli bəyanatlardan, hərəkətlərdən çəkinməkdə göstərəcək.

Xəbər 1988 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +