Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


03.03.2025  16:16 

Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?





A+  A-

“Müqavilənin imzalanmasına mane olan əsas amil həddindən artıq geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib. Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı, Ukraynada davam edən münaqişə və Rusiyanın regiona təsirində mümkün dəyişikliklər Azərbaycan üçün qeyri-müəyyənlik yaradır. Bakı sazişdən maksimum qazanc əldə etməyə imkan verəcək şərtləri üçün münbit şəraitin yaranmasını istəyir. Məsələn, Azərbaycan ümid edə bilər ki, Qərbin regiona diqqətinin azalması və ya Rusiyanın mövqelərinin güclənməsi ona Ermənistan üzərində əlavə təsir rıçaqları verə bilər”.

Armine Martirosyan “jam-news.net” saytında belə yazır. Məncə də geosiyasi qeyri-müəyyənlik Ermənistan-Azərbaycan danışıqlarına birbaşa təsir edir. Məsələn, D.Tramp və onun administrasiyası hələki Ermənistan-Azərbaycan danışıqları barədə ortaya konkret mövqe qoymayıb.

D.Trampın əsas hədəfi Ukraynadır. Ukrayna probleminin hansı şəkildə həll olunması Ermənistan-Azərbaycan danışıqlarına da ciddi təsir edəcək.

Azərbaycan tərəfi haqlı olaraq güman edir ki, D.Tramp bu məsələdə Azərbaycanın maraqlarının təmin olunmasına daha çox üstünlük verəcək. Ən azı ona görə ki, Amerikadakı prezident seçkisinin ən qızğın çağında İlham Əliyev D.Trampa açıq və birmənalı şəkildə dəstək verib. O da bəllidir ki, 44 günlük müharibə məhz D.Trampın birinci prezidentliyi dönəminin sonuna təsadüf etdi. Və D.Tramp II Qarabağ Müharibəsinin gedişinə qətiyyən müdaxilə etmədi.

Bu dəfə də belə ola bilərmi?

Hər halda bu ehtimal son dərəcə yüksəkdir. Belə olduqda isə Azərbaycan Ermənistan qarşısında olan üstünlükləri sülh müqaviləsində inikas etdirə bilər...

Elbəyi Həsənli,
Sürix


Xəbər 923 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +