Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


03.03.2023  10:25 

İnanclı fəal 50 günlük aclıqdan sonra öldü





A+  A-

“Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 50 günlük aclıqdan sonra vəfat edib”.

XəzərNews.az xəbər verir ki, bunu “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov feysbuk profilində yazıb.

Müsəlman Birliyi Hərəkatının sədr muavini ilahiyyatçı Elçin Qasımov isə bildirib ki, Səbuhi Səlimov dünyasını dəyişəndə artıq aclığı dayandırmışdı:

“Zindanda dünyasını dəyişib. Ailəsinin verdiyi məlumata görə aclıq aksiyasını dayandırmışdı. Bu gün (2 mart – red.) keçirilən məhkəmə prosesində hakimlərə və ona atılan ittihamlara görə bərk əsəbiləşmiş və ürək tutmasından dünyasını dəyişmişdir. Allah rəhmət etsin”, - deyə E. Qasımov bildirib.

Qeyd edək ki, Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

22 noyabr 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan ittiham hökmünə əsasən 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1219 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +