Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq


05.08.2022  10:28 

Növbəti təxribatlar üçün zəmin hazırlayırlar!





A+  A-

Səfirliyimizə edilən hücum başqa fazaya daxil olur. Artıq Azərbaycanda bir çox jurnalistlər, ictimai-siyasi fəallar sosial şəbəkələrdə İmam Hüseyn (ə)-ı, onun ailəsini təhqir etməyə başlayıblar.

Növbəti təxribatlar üçün zəmin hazırlayırlar!

Hücumu təşkil edənlər bütün bunları hesablamışdılarmı?

Şübhəsiz!

Planı çoxvektorlu, mürəkkəb və mükəmməl işləyiblər.

Təbii ki, bu hücumun həyata keçirilməsində hədəflər var, diqqətli olmalıyıq! Hər atılan daşa görə Peyğəmbər ailəsinin, müqəddəs şəxslərin təhqir olunması yolverilməzdir.

Nəzərə alın ki, imamlar 1400 əvvəl ölüblər. Əgər problemləriniz çoxdursa, evinizdə mehribanlıq yoxdursa, bunun qisasını imamları söyməklə çıxmayın! Bunda İmam Hüseyn(ə)-ın günahı yoxdur. Səfirliyə hücum edən şəxslərin təmsil olunduğu təşkilat imamların adını bayraq edib dəfələrlə terror olayları təşkil ediblər.

Sizin hər gün dahi deyib istinad etdiyiniz, oxuyub savad aldığınız Məhəmməd Füzuli, Abbasqulu Ağa Bakıxanov, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov imamlar haqqında böyük əsərlər yazıblar, fikirlər bildiriblər, sevgilərini, onların qarşısında şagird olduqlarını öz kitablarında ifadə ediblər.

Belə çıxır ki, İmam Hüseyni (ə) sevdiyinə görə Füzulini, Üzeyiri, Bakıxanovu, Rəsulzadəni cahil adlandırmalıyıq!?

- Bizi, cəmiyyətimizi ciddi və təhlükəli bir prosesin icraçısına çevirirlər. Və sanki hansısa çox ciddi bir hadisəyə psixoloji hazırlıq gedir. Hələki bu barədə yazmaq doğru deyil, amma bir gün hər şeyi çılpaqlığı ilə demək məcburiyyətində qalacağıq.

İranın ölkəmizdə zəbt etdiyi ideoloji boşluqları doldurmalıyıq, İrana bağlı qruplaşmaları zərərsizləşdirməliyik. İnanc sistemimiz milliləşdirilməlidir, dinimizi ideoloji mənbələri burada formalaşdırılmalıdır. İran sadə kütlənin Hüseyn sevgisindən özünün mənfur maraqlarına istifadə edir.

Samir Feyruzov

Xəbər 1721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +