Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


14.02.2022  15:37 

“Ramiz Mehdiyev PA-dan gedəndən sonra müxalifətə qapı açıldı”





A+  A-

“Ramiz Mehdiyev Prezident Aparatından gedəndən sonra müxalifətə qapı açıldı. Prezident Aparatı ilə müxalifət arasında dialoq başladı. Bu dialoqun xeyrini biz Vətən Müharibəsi başlayanda gördük”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas Ramiz Mehdiyevin istefası ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, R. Mehdiyevin AMEA-dan gedib-getməməsi bizdən asılı bir məsələ deyil:

“Akademiyada ona qarşı çıxanlar növbədən kənar iclas keçirə, məsələni gündəmə gətirə, onun istefasını tələb edə bilərlər. Akademiyanın prezidenti səs çoxluğu ilə qəbul olunur, səs çoxluğu ilə də onu vəzifədən kənarlaşdıra bilərlər. Başqa cür mümkün deyil. Ramiz Mehdiyev də dirənib, deyir, “getmirəm, məni bura Prezident təyin edib”.

A.Abbas AMEA-nın fəaliyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib:

“AMEA mənim görmək istədiyim AMEA deyil. Burada böyük işlər görülə bilər. Eyni zamanda özünü büdcədən kənar maliyyələşdirməlidir. Onun elədiyi kəşflər, ixtiralar, kənd təsərrüfatına, sənayeyə və ölkənin digər mühüm dövlət sahələrinə dəstək verməlidir. Lakin indi AMEA dedi-qodu mərkəzi olub. Çox istəyərəm ki, bu ocaqda sağlam əhval-ruhiyyə olsun”.

Xəbər 1514 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +