Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


11.02.2022  21:49 

“Hər ay 200 ailəyə yardım olunur“ - Hikmət Cavadov





A+  A-

"Məqsədimiz soydaşlarımızın yanında olmaq və onlara hər cür dəstək verməkdir. Hər birimiz bilməliyik ki, diaspor olmaq birlikdən və milli maraqlara xidmətdən keçir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov çıxış edib.

H.Cavadov bildirib ki, artıq iki ildir Ukraynanın müxtəlif vilayətlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə hər ay 30 kq müxtəlif növ ərzaq məmulatları olan bağlamalar göndəririk:



"Bu aydan etibarən ərzaq dəstəyi verilən ailələrin sayı 200-ə çatmışdır. Vilayətlərə göndərilən bağlamaların çatdırılması üçün müvafiq poçt ödənişini də həyata keçiririk ki, ərzağı qəbul edən soydaşlarımız çətinlik çəkməsinlər".




Diaspor sədri əlavə edib ki, "Xaricdə soydaşlarına dəstək ol!" şüarı altında tərəfimizdən həyata keçirilən bu layihə Azərbaycan diasporunun layiqli rəhbərlərindən olan, Azərbaycan Prezidenti tərəfindən "ŞÖHRƏT" ordenilə təltif edilmiş, diasporumuzun fəxri sədri, Ukraynadakı azərbaycanlıların dayağı, müdrik şəxsiyyət, ürəyi hər zaman milləti və dövlətilə döyünən Oktay Əfəndiyevin hamiliyi və rəhbərliyi ilə uğurla davam edir:



"Təşkilatımızın bütün üzvləri adından Oktay müəllimə dərin təşəkkürümü bildirirəm. Oktay müəllim, diasporumuz üçün etdiyiniz bu fədakarlığınız diaspor fəaliyyətimizin tarixinə qızıl hərflərlə yazılır. Var olun!"









Xəbər 1955 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +