Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


13.12.2021  11:53 

Dönərdən zəhərlənmə - Adlar





A+  A-

Bakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

XəzərNews.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir ki, zəhərlənən şəxslər "28 Mall" Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər:

"Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub.
Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir".

* * *

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb."

Xəbər 1561 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +