Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


04.10.2021  20:52 

Şəhid ailələri və qazilərlə bağlı yeni Komissiya yaradıldı





A+  A-

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.

XəzərNews xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair aşağıdakı tərkibdə Əlaqələndirmə Komissiyası yaradılıb.

Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Dövlət Sığorta Kommersiya Şirkətinin İH sədrinin birinci müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini.

Komissiyaya tapşırılıb ki, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirsin.

Xəbər 1898 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +