Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.09.2021  11:06 

“Əks göstəriş sertifikat”ını belə əldə edə bilərsiz





A+  A-

Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib.
XəzərNews.az-ın məlumatına görə, nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, "Əks göstəriş sertifikatı" ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.

Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı verilir.

Xəbər 2736 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +