Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


25.10.2019  09:06 

Bu məhsulları bir-biri ilə qarışdırmaq olmaz





A+  A-

Bir-birini tamamladığını zənn etdiyimiz və unudulmaz dad palitrası yaradan məhsullar zərərli imiş.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Komsomolskaya pravda”ya həkim, endokrinoloq-diyetoloq Yekaterina İvannikova danışıb.

İlk növbədə kakao ilə südün qarışığını unutmaq lazımdır. Kakaonun tərkibində olan otqulağı turşusu kalsiumu həzm etməyə imkan vermir. Bu cür kombinasiya sidik daşı xəstəliyindən əziyyət çəkən insanlara da əks göstərilib.

Həkim cem və ya mürəbbə ilə yeyilən ağ çörəkdən imtina etməyi məsləhət görür. Rəfinə olunmuş buğda ununun tərkibində onsuz da tez həzm olunan karbohidratlar var. Giləmeyvəli desert isə situasiyanı yanız kəskinləşdirir. Bu, qanda şəkərin səviyyəsinin qalxmasına gətirib çıxara bilər.

Daha sonra kəpəklə südün qarışığı gəlir. Kəpəyin tərkibində olan fitin turşusu süd kalsiumu ilə bərabər həll olunmayan birləşmələr yaradır. Bu səbəbdən qidanın həzm prosesi çətinləşir.

İvannikova toyuqla ciyəri də unutmağı məsləhət görür. Tərkibində sink və B9 vitamini olan ayrı-ayrılıqda iki faydalı məhsul bir-birinə həzm olunmaqda mane olur.

Və nəhayət, pizza ilə qazlı su heç də yaxşı tamalama deyil. Karbohidrat, zülal və trans yağlar mədənin aktivliyini aşağı salmaqla yanaşı qarında köp yaradır. Bundan əlavə, belə bir kombinasiya insanda yalançı aclıq hissi yaradır.

Xəbər 1909 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +