Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


28.01.2019  17:05 

“Qaçqınkom”dan 180 minlik avtomobillə bağlı açıqlama - Komitənin maşınını Əli Həsənov aparıb





A+  A-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar yayılan məlumatlara qurumdan açıqlama verilib.
XəzərNews.az-a göndərilən açıqlamada bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib və Dövlət Komitəsinə yeni sədr təyin edilib.

Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.

Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Qeyd edək ki, komitənin yeni sədri Rövşən Rzayev üçün alınan avtomobilin qiymətinin 180 min manat olması diqqət çəkib. Qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olan bir qurumun rəhbərinin belə bir bahalı avtomobildə gəzməsinin düzgün hesab edilmədiyi vurğulanır.

Xəbər 1848 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +