Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


14.05.2018  12:25 

DSMF-nin Neftçala rayon şöbəsi müdirinin qanunsuz əməlləri ifşa edildi





A+  A-

DSMF-nin Neftçala rayon şöbəsinin müdiri prezidentin sərəncamından sui- istifadə edərək cibini doldurmaqla məşğuldur
Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.

XəzərNews.az bildirir ki, Neftçaladan Haqqınaz.org-a daxil olan məlumata görə, Neftçala DSMF-nin rayon şöbəsinin müdiri Salmanov Ramil qurumda əməlli başlı “bazar” açıb. Bu bazar isə əsasən pensiya bazarından ibarətdir.



Saytımıza daxil olan məlumata görə hazırda Neftçala rayonunda saxta yolla pensiyaya çıxmaq və yaxud pensiya müavinatını artırmaq çox asan bir məsələyə çevrilib. Məhz Salmanov Ramil sayəsində Neftçala sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.

Saytımıza daxil olan məlumatda vurğulanır ki, prezident İlham Əliyevin ölkə vətəndaşlarının əməkhaqqlarının qaldırılması üçün verdiyi sərəncam Salmanov Ramilin işinə yarıyıb. Belə ki, idarə müdiri ki, büdcə təşkilatlarının işçilərindən rüşvət alaraq onların əmək haqqlarını qaldırmaqla yaxşı qazanc əldə edir.



Neftçala sakinləri iddia edirlər ki, Salmanov Ramil hər bir işçidən minumum 200 manat rüşvət alıb. Həyata keçirtdiyi saxta işlər sayəsində Salmanov Ramil xeyli-sayda mal-mülk əldə etdiyi deyilir.

Araşdırmamız davam edir və mövzunu davam etdirəcəyik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər 3980 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +