Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.10.2017  13:06 

Polkovniki güllələyənlərin olduğu “Lexus” iş adamının oğlunundur





A+  A-

Oktyabrın 14-də bıçaqlanan Müşfiq Mədətov hələ də polisin nəzarətindədir.
Saxlanılaraq Səbail Rayon Polis İdarəsinə yerləşdirilən M.Mədətov artıq 2 gündür ki, oradadır. Onun sərbəst buraxılacağı yaxud hansısı əməlinə görə ittiham edilərək məhkəməyə çıxarılacağı bəlli deyil.

Xatırladaq ki, M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəli şəxslər Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı, Mədətovu bıçaqlayıb polisi güllələyən 3 nəfər – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.

Onlar xuliqanlıqda, adam öldürməyə cəhddə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilirlər.

***

Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və dostu sərbəst buraxılıb. XəzərNews.az xəbər verir ki, bu barədə haqqin.az məlumat yayıb.

***

“Qafqazinfo” M. Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşının sahibinin kimliyini öyrənib. Məlum olub ki, avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsudur. Etibarnamə ilə isə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

***

Bu arada qeyd edək ki, Rüfət Abdullayevin atası Azad Abdullayev tanınmış biznesmendir. Mediada "Hafka"nın ortağı kimi təqdim olunan Abdullayevlə bağlı dəfələrlə məlumat yayımlanıb.

Sonuncu dəfə iş adamı oğlu Rüfət Abdullayevin “Maserati”sinin yanması ilə gündəmə gəlmişdi.

Xəbər 1743 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +