Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


14.06.2017  09:14 

Yaponiyadan Rusiyaya etiraz





A+  A-

Yaponiya Sahil Mühafizəsi Xidməti patrulunun bu ölkəyə məxsus ərazi sularına Rusiyaya aid gəminin daxil olaraq qeyri-qanuni fəaliyyətlə məşğul olması barədə məlumatından sonra Rusiya tərəfinə etirazını bildirib.
XəzərNews.az Axar.az-a istinadən məlumatına görə, Yaponiyanın Xarici İşlər naziri Fumio Kişida iyunun 13-də jurnalistlərə deyib ki, ötən həftənin bazar ertəsi günü patrul ölkənin şimalında yerləşən Hokkaydo adasının yaxınlığındakı Soya burnunda Rusiyaya məxsus gəminin kabelə bənzər əşyanı ardınca çəkməsinin şahidi olub.

F.Kişida məsələ ilə əlaqədar nazirliyin əməkdaşlarının Rusiyanın Tokiodakı səfirliyində diplomatlarla müvafiq söhbət apardıqlarını və Yaponiyaya məxsus iqtisadi zonada bu ölkənin icazəsi olmadan elmi tədqiqatın həyata keçirilməsinin qeyri-qanuni olduğunu izah ediblər.

Nazir əlavə edib ki, Sahil Mühafizəsi Xidmətinin əməkdaşları da Rusiyaya məxsus gəminin heyətinə bunu izah etdikdən sonra gəmi ərazini tərk edib. F.Kişida vurğulayıb ki, Yaponiyaya məxsus ərazi sularında vəziyyətin müşahidə olunması bundan sonra da davam etdiriləcək.

Xəbər 1504 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +