Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


05.04.2017  18:53 

“O, yüksək vəzifəli şəxslərin adını çəkirdi, müştəri tapacaqdı”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, N.Quliyev gəmi təmiri ilə məşğul olan “Techmarin LTD” şirkətinin direktoru Arif Həsənovdan 87 min dollar alaraq mənimsəyib.

A.Həsənov həbsdə olan MTN generalı Akif Çovdarovun “toruna düşüb”. N.Quliyev isə onu bu “tor”dan çıxarmaq üçün kömək edəcəyini deyib və qeyd edilən məbləğdə pul alıb. A.Həsənov “MTN işi”ndə də zərərçəkən kimi tanınıb.

Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.

A.Həsənov məhkəmədə ifadə verərək deyib ki, N.Quliyevi şirkətində iş icraçısı işləyən Əlizamin Rzayev vasitəsilə tanıyıb: “Namiq yüksək vəzifəli şəxslərin adını çəkirdi, deyirdi ki, onlar vasitəsilə bizə müştəri tapacaq. Sonra məlum oldu ki, həmin adamlar heç Namiqi tanımır, adlarından istifadə edirmiş. Şərikim Səhrab Abdullayev ofşor şirkətlər vasitəsilə xarici ölkələrə pul göndərməklə vergidən yayındığı üçün MTN-ə müraciət etdim. Əksinə onlar məni soydular”.

A.Həsənovun oğlu Həsən Həsənov deyib ki, N.Quliyev MTN-dəki işi həll etmək üçün onlardan 87 min dollar alıb.

N.Quliyev isə 87 min dollar aldığını etiraf etsə də, pulu MTN-l bağlı məsələni həll etmək üçün yox, biznes qurmaq üçün aldığını deyib.

Məhkəmə prosesi aprelin 10-da davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 1914 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +