Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


12.04.2023  14:51 

Kim zamanət verir ki, Füzuliyə 2025-də köçən 2027-də geri Bakıya qayıtmayacaq?!





A+  A-

"İşğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıdış proqramı zaman-zaman müzakirəyə çıxarılır, ictimai müzakirələrin olması, sayının artırılması, keyfiyyətinin yüksəlməsi vacibdir. Bu gün də Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib, bəzi açıqlamalar var, məsələn, "Füzuli şəhəri işgüzar mərkəzə çevriləcək", “Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq”, “Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək” və s.”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, bunlar qulağa xoş gələn bəyanatlar, vədlərdir, amma bir nəfər səlahiyyətli şəxs çıxıb demir ki, bu hədəflərə necə nail olmaq mümkün olacaq?! Yəni, yolu-yöntəmi necə olacaq, əhali orada nə işlə məşğul olacaq, bütün işlər ancaq büdcə hesabınamı görüləcək, iş yerləri ancaq dövlət-büdcə sektorundamı yaranacaq?!

İqtisadçının fikrincə, bu suallara cavab vermək üçün hökumət gərək papağını qabağına qoyub fikirləşsin ki, son 30 ildə işğal olunmamış ərazilərdən Bakı və Abşerona nədən 1 mln. insan köç edib (məcburi köçkünləri nəzərə almadan, digər regionlardan 1 mln. nəfər köç edib?!:

"Yəni, niyə camaat Kürdəmirdən, Qaxdan, Qubadan, Astaradan, Ağcəbədidən, Tovuzdan və s. rayonlardan köç etdi?! Əgər bunun səbəbləri təhlil edilib doğru qərarlar verilməyəcəksə, kim zamanət verir ki, məsələn, Füzuliyə 2025-də köçən 2027-də geri Bakıya qayıtmayacaq?! Yaxşı, nədən 30 ildə, məsələn, Zaqatala işgüzar mərkəzə çevrilməyib (orda da boş qalan hava limanı var), amma Füzuli çevriləcək?!

Uzun sözün qısası: Nə qədər ki, son 30 ildə aparılan yanlış regional, iqtisadi, sosial, təhsil və idarəetmə siyasətində köklü dəyişikliklər olmayıb, nə qədər ki, yerli özünüidarə insitutları yaradılmayıb, işğaldan azad edilən ərazilərə köçün orqanik və qalıcı olması mümkün deyil..."

Xəbər 1159 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +