Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


13.09.2023  14:52 

“Qanunsuz rejim bu keçidə icazə verməkdən imtina edir”





A+  A-

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdiririk.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X (Tvitter) platformasında paylaşımında qeyd edib.

“Həmin vaxtdan 12 təqvim günü ötüb, lakin Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir. Biz beynəlxalq tərəfdaşlarımızı öz səylərini ikiqat artırmağa, Ermənistana və onun proksisi, ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətinə son verməsi üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona” status-kvosunun saxlanılması və humanitar məsələlərdən qəsdən silah kimi istifadəsi onların faydasız strategiyasıdır”, - deyə Hikmət Hacıyev qeyd edib.

Xəbər 3747 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +