Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


09.08.2017  15:12 

Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər almırıq”





A+  A-

Altı aydır atamla əlaqə yarada bilmirik.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov atasının səhhətindən narahat olduğunu bildirib:

“Hər dəfə atamdan məktub gələndə təsəlli tapırdıq. Əfsuslar olsun ki, altı aydır ondan səs-soraq yoxdur. Artıq 4 ildir ki, atam erməni girovluğundadır”.

O, atasının azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib:

“Avropa Məhkəməsinə ümid bağlamıram. Onların işə ədalətli baxacağına inanmıram. Nədənsə ATƏT və digər beynəlxalq təşkilatlar nəinki Qarabağa probleminə, eləcə də girovların azad olunması prosesində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ümid ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevədir. Mən inanıram ki, onun həyata keçirəcəyi tədbirlər nəticəsində girovlarımız azadlığa qovuşacaq”.
2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1478 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +