Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


17.03.2024  11:36 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq, sonuncu gündə daha iki oyun keçiriləcək.

Xəzərnews.az xəbər verir ki, birinci oyun Tovuzda olacaq. “Turan Tovuz” “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı heç-heçə (1:1) başa çatıb.

Xəbər 5454 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +