Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


18.11.2019  12:36 

“100-dən çox tələbənin maliyyələşdirilməsi nəzərdə tutulub”





A+  A-

Xaricdə doktorantura pilləsi üzrə təhsil proqramı yeni formada davam etdiriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli mətbuat konfransında deyib.

Bildirib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsas iki istiqamətdə aparılacaq.

“Birinci istiqamət xaricdə doktorantura təhsilinin maliyyələşməsidir. Bu gündən etibarən proqram çərçivəsində xaricdə təhsil almaq üçün elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcək.
Reytinq cədvəli üzrə müəyyən olunmuş 600-dən çox universitetə qəbul almış şəxslər proqrama qoşula bilər.

İkinci istiqamət isə ondan ibarətdir ki, ölkə təhsilinin gücləndirilməsi üçün tələbələr universiteti bitirdikdən sonra Azərbaycan universitetlərində dərs deməli, tədqiqat işinin təşviq olunmasında rol oynamalıdır. Proqramın mahiyyətində universitetlərimizin gücləndirilməsi durur.

Bir nüansa diqqət yetirmək istəyirəm ki, Təhsil Nazirliyi tələbələri xaricə oxumağa göndərmir, tələbələr top-500 universitetə qəbul almış, təhsil alan fərdlərin təhsil xərcini maliyyələşdirir. Ötən proqramda bu məsələ ilə bağlı yanlış anlaşılma oldu. Əlində universitetə qəbul sənədi olan tələbələrin bütün xərcləri ödənilir.

Təxmin edirik ki, hər semestr üçün 40-50, illik isə 100-dən çox tələbənin maliyyələşdirilməsi nəzərdə tutulub. Növbəti illərdə bu rəqəm artırıla bilər.

Proqram bütün ixtisas qruplarını ehtiva edir.

Maliyyə hissəsi əvvəldə olduğu kimi Dövlət Neft Fondu tərəfindən ödəniləcək”.

Xəbər 1902 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +