Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


07.06.2017  10:34 

Seçkilərdə YAP-ın namizədi kim olacaq? - İlk açıqlama





A+  A-

“Dövlət strukturlarında islahatlar davam etdiriləcək, bu təkcə administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, bu məsələlərdə bütün səlahiyyətlər prezidentə aiddir: “Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir”.

S. Novruzov deyib ki, bu islahatlar da daxil olmaqla hakimiyyət təkmil formada 2018-ci il seçkilərinə gedir. Bu seçkilərdə kimin namizəd olacağına gəldikdə S. Novruzov deyib: “Bu məsələ YAP-da müzakirə olunmayıb, bu, partiyanın rəhbər strukturunun, qurultayının qərarından asılıdır”.

Millət vəkili deyib ki, islahatlar zamanı həm gənclər təyin olunur, həm yaşlı nəslin nümayəndələri öz iş təcrübəsi, bacarığı ilə əlaqədar dövlətin gələcək inkişafında öz xidmətlərini göstərir, həm orta nəslin nümayəndələri fəaliyyətdədirlər: “Hər bir şəxsin xidmətləri nəzərə alınır və bu xidmətlər də vacib olan şərtlərdəndir. İnsan xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edirsə, təbii ki, struktur da dəyişə, islahat da gedə bilər, lakin o insanın potensialından, savadından, biliyindən dövlətimiz istifadə edəcək. Bu cür insanlar var və hər bir təyinatda bunun şahidi oluruq”.

Xəbər 1773 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +