Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


23.03.2024  11:52 

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib





A+  A-

Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.

Xəzərnews.az xəbər verir ki, səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.

Səfirlikdə onlayn xatirə kitabı açılıb.

Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.

"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".

Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib./apa

Xəbər 2862 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +