Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


20.07.2023  09:51 

MEDİA rəhbərliyinə kütləvi minnətdarlıq: Sifarişdir, yoxsa...





A+  A-

"Deməli, medianı inkişaf etdirməkdən sürətlə geri aparan bu təşkilat (MEDİA nəzərdə tutulur) Mətbuat Günü ərəfəsində müsabiqə keçirib, təbii ki, qaliblər də seçib. Qalib elan edilən jurnalistlər evə gedib çatmamış agentlikdən onlara telefon açılıb. Ciddi tapşırılıb ki, sosial şəbəkələrdə MEDİA-nın rəhbərliyinə minnətdarlıq bildirilməlidir..."

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə tanınmış jurnalist Etibar Cəbrayıloğlu sosial şəbəkə hesabında çıxış edib.

E.Cəbrayıloğlu bildirib ki, bunu fikirləşənin də, jurnalistlərə bir-bir zəng vurub tapşırığı icra edənlərin də səviyyəsi plintusdan da aşağıdır:

"Görməmiş boyunuzu yerə soxum. Xalq yazıçısı Çingiz Abdullayev demişkən, ölməyinizdən utanmırsınız?"

E.Cəbrayıloğlunun bu statusuna şərh yazan 20-dən çox tanınmış jurnalist MEDİA-nın bu kimi yanaşmasından təəssüfləndiklərini bildiriblər.

Əlbəttə, E.Cəbrayıloğlunun fikirləri ilə razılaşmayanlar da olub.

Belə ki, müsabiqədə iştirak edən Elçin Bayramlı qalib olsa da ona heç kim təşəkkür statusu paylaşmaqdan ötrü zəng vurulmadığını bildirib.

Digər qalib Elçin Rüstəmli də ona heç bir zəng olmadığını yazıb.

Başqa bir qalib Samirə Səfərova isə Etibar Cəbrayıloğlunun ad çəkməsini, faktla danışmasını istəyib.

İsmayıl
XəzərNews.az


Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +