Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


25.02.2020  12:32 

Bulvarda dəhşət - Birinci qız, sonra sevgilisi özünü dənizə atdı





A+  A-

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gecə 2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub.

Belə ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu və 1998-ci il təvəllüdlü Günel Rzazadə Müğdət qızı bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.

İlk olaraq Günel Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. G.Rzazadə hadisə nəticəsində suda boğularaq vəfat edib. B.Məmmədov isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb.

***

Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən G.Rzayevanın meyitinin axtarışı mümkün olmayıb. B. Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xəbər 1671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +