Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


05.02.2020  16:54 

Rəşad Camalovun namizədliyi ləğv edildi





A+  A-

46 saylı Dairə Seçki Komissiyasının sədri Mərkəzi Seçki Komissiyasına həmin dairədən qeydə alınmış namizəd Rəşad Camalov barədə yazılı müraciət edib.
XəzərNews.az xəbər verir ki, DSK müraciətində qeyd edib ki, Rəşad Camalovun ikili vətəndaşlığı olması barədə onlara məlumat daxil olub.

Məlum olub ki, o, namizədliyini dekabrın 21- də təqdim edib. R. Camalov sənədlərində ikili vətəndaşlığının olmadığını və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib və namizədliyi 30 dekabr 2019- cu ildə qeydə alınıb.

MSK tərəfindən araşdırmalar aparılıb.

Məlum olub ki, Rəşad Yavər oğlu Camalov həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb.

Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədliyi ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir.

Xatırladaq ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Xəbər 1800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +