Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.10.2018  09:15 

Ermənistanda 6 nazir vəzifədən qovuldu





A+  A-

Dünəndən etibarən siyasi gərginliyin yaşandığı işğalçı Ermənistanda 6 nazir vəzifəsindən azad edilib.
XəzərNews.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.

Məlumata görə, onlardan dördü “Çiçəklənən Ermənistan”, ikisi isə “Daşnaksütun” partiyasını təmsil edən nazirlərdir.

Həmin nazirlər aşağıdakılardır:

Nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan (“Çiçəklənən Ermənistan”)

İdman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan (“Çiçəklənən Ermənistan”)

Fövqəladə hallar naziri Qraçya Rostomyan (“Çiçəklənən Ermənistan”)

Kənd təsərrüfatı naziri Artur Xaçatryan (“Çiçəklənən Ermənistan”)

Enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan (“Daşnaksütun”)

İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan (“Daşnaksütun”)

Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarıldıqdan sonra istefa verəcəyini açıqlamışdı:

Məlumat üçün bildirək ki, Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanunu qəbul edib. Qanun ikinci dəfə baş nazirin seçilməsi zərurəti yarandıqda qanunverici orqanın buraxılmasına mane olmağı nəzərdə tutur.

Qərara etiraz edən minlərlə insan parlament binası qarşısında aksiya keçiriblər.

Xəbər 1419 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +