Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


11.10.2022  22:51 

Rusiya Avropa İttifaqının sərhəd missiyasına qarşı...





A+  A-

Və bu barədə danışmaq üçün hələlik yalnız Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanı qabağa veriblər.

Mariya da gül ağzını açıb, sözünü qısa və kəsə deyib. Deyib ki, "Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq".

Rusiya XİN-in xanım sözçüsü, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin yoluna qoyulmasında hər hansı kənar qüvvə(lər)in roluna Rusiyanın dözümsüz və qısqanclıqla yanaşdığını da gizlətməyib.

"Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir", - deyə M.Zaxarova vurğulayıb.

Sadəcə, bu Zaxarovaya xatırlatmaq lazımdır ki, axı Azərbaycan xalqı və dövləti sənin qeyd etdiyin üçtərəfli bəyanatların Ermənistan tərəfindən tam şəkildə həyata keçirilməsini düz iki il gözlədi və sənin ölkən, sənin sülhməramlıların da Ermənistanın o bəyanatların şərtlərini yerinə yetirəcəyinə zamin durmuşdu, qarantorluq etmişdi.

Lakin olmadı. Nə Ermənistan şərtləri yerinə yetirdi, nədəki Rusiya zamin durmağı bacardı.

İndi də elə Ermənistanın öz təşəbbüsü ilə bu məsələ Avropa İttifaqının gündəminə daşınıb.

Ay Rusiya başbilənləri, məsələnin bu həddə gəlib çatmasında sizdə ən az Paşinyan qədər günahkarsınız. İndi də yaxanızı cırırsınız, Avropa İttifaqının (Aİ) mülki missiyasına kəm baxırsınız.

Əslində Aİ-nin mülki missiyası da sizin bir tayınızdır. Bu missiya da eynən Rusiya sülhməramlıları kimi açıq-aşkar ermənipərəstlik edəcək.

Buyurun, indi didin bir-birinizi. İkiniz də (Rusiya da, Aİ də) erməni "tələ"sinə düşmüsünüz...

Bizimsə öz milli, geosiyasi maraqlarımız var. Və biz sizin bir-birinizlə çəkişmələrinizdən, rəqabətinizdən yararlanacayıq.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi barədə razılıq Praqada əldə olunub. Bu gün Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Məqsəd etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.

Bəybala Mirzəyev

Xəbər 6802 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +