Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


17.01.2020  10:08 

Medvedev istefasından öncə büdcədən 127 milyard xərcləyib





A+  A-

Dmitri Medvedev yanvarın 15-də Rusiya Baş Naziri vəzifəsindən istefa verməzdən öncə “Lider” atom buzqıran gəmisinin tikintisi üçün büdcədən 127 milyard rubl (3,5 milyard AZN) ayrılması barədə sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sənəd hüquq məlumatları üzrə rəsmi internet portalında dərc olunub.

Vəsaitin ayrılması 2020-2027-ci illəri əhatə edir. Sənəddə qeyd edilib ki, dünyanın ən güclü buzqıranı olacaq gəmi 2027-ci ildə təhvil verilməlidir.

Məlumata görə, gəmi Şimal dəniz marşrutu yolunda il boyu naviqasiyanı təmin edəcək

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefa göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.

Xəbər 1660 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +