Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


24.11.2022  15:52 

Belarus xalqına təcili müraciət: Ostrovets AES-i partladıla bilər





A+  A-

Ukrayna Silahlı Qüvvələri Belarus xalqına təcili müraciət yayıb.

XəzərNews.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

“Rusiya Federasiyasının xüsusi xidmət orqanları sizin ərazinizdə təxribatlar hazırlayır, onların terror aktlarının məqsədi kritik infrastruktur obyektləri, o cümlədən Ostrovets AES-i ola bilər”, - deyə müraciətdə bildirilir.

Müraciətdə Ukrayna Silahlı Qüvvələri Çernobıl AES-də baş verən partlayışın insanların həyatı və sağlamlığı, bütövlükdə ətraf mühit üçün nə qədər dəhşətli nəticələri olduğunu xatırladıb.

Baş Qərargah vurğulayıb ki, Rusiya istənilən vasitə ilə Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır.

Müraciətdə həmçinin belaruslular öz rəhbərliyindən Belarus Respublikası Konstitusiyasının 18-ci maddəsinə əməl olunmasını tələb etməyə çağırılır.

Həmçinin Belarus Respublikası vətəndaşlarından mühüm infrastruktur obyektlərinin yaxınlığında şübhəli şəxslərin və nəqliyyat vasitələrinin hərəkətlərinə nəzarət etmələri, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat vermələri, onların reaksiyası olmadıqda isə bütün mümkün vasitələrlə dünya ictimaiyyətinə məlumat vermələri xahiş olunur.

İsmayıl
XəzərNews.az


Xəbər 928 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +