Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


22.04.2020  12:19 

“ABŞ-da koronavirusun ikinci dalğası daha ölümcül ola bilər”





A+  A-

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “CDC”nin direktoru Robert Redfild “Washington Post” qəzetinə açıqlama verib: “Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür.

Eyni dövrdə iki respirator xəstəlik ilə qarşılaşmaq səhiyyə sistemimizə kəskin ziyan vura bilər”.

Redfild bildirib ki, hökumət önümüzdəki aylarda ən pis ssenariyə hazırlaşmalıdır. “Səlahiyyətlilər komendant saatını ləğv etdikdən sonra sosial məsafənin və əl yumanın vacibliyini bir daha xatırlatmalıdırlar” ,- deyə o, vurğulayıb.

Qeyd edək ki, ABŞ-da ölkə üzrə 819,175 insan koronavirusa yoluxub, 45,343 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 1035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +