Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


06.04.2020  19:16 

“Səyyar Nar” layihəsinə start verildi





A+  A-

Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq "Nar", abunəçilərinin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib.
XəzərNews.az xəbər verir ki, bu xidmət sayəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də duplikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər.

Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir. Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər.

"Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.

Xəbər 1552 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +