KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO


24.02.2021  14:49 

İrəvanda etirazçılar universitet binasına daxil oldular





A+  A-

İrəvanda müxalifət tərəfdarları ilk mərkəzləşdirilməmiş etiraz aksiyasına başlayıblar.
XəzərNews.az xəbər verir, bir neçə müxalif fəal İrəvan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Onlar dəhlizlərdə gəzir, ofislərə girir və “Müəllimlər, qoşulun”, “Tələbələr, qoşulun”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndiriblər.

İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geğam Gevorkyan aktivistlərin qarşısına çıxaraq, hakimiyyətin getməli olduğunu bildirib.

“20 noyabr 2020-ci ildə dedim ki, mövcud hakimiyyət həqiqətən istefa verməlidir. Sözlərimi təsdiqləyirəm. Ancaq ictimai asayişi pozmayaq”,- deyə rektor qeyd edib.

Universitet binasına polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın üzvü Geğam Manukyan xalqı çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarına çağırıb.

Xəbər 2623 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +