Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


15.02.2021  16:53 

“Məktəblərin nə vaxt bağlanacağını soruşurlar” - Cəsarət Valehov





A+  A-

“Məktəblərimizin açılması şagirdlər üçün, sözün bütün mənasında bayramdır. Ona görə gəlin, bu ünsiyyəti qoruyaq, kömək edək, müsbət təəssürat yaradan şəkillər, yazılar paylaşaq”.
XəzərNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk hesabında yazıb.

O qeyd edib ki, hələ məktəbə yenicə başlamamış mediadan məktəblərin nə vaxt bağlanacağı ilə bağlı ondan çox zəng və məktub daxil olub: “Əgər mediada ancaq bu cür neqativ (bu “COVID”in neqativi deyil) yazsaq, xüsusi qaydalara əməl etməsək, sosial medianın bir çox “virus” yayan səs yazılarını tirajlasaq, o zaman iş çətin olacaq. Ona görə də təklif edirəm ki, növbəti gündən başlayaraq jurnalist həmkarlarımız məktəbləri öz gözləri ilə görmək istəyərlərsə, müraciət edə bilərlər”.

C. Valehov qeyd edib ki, bu gün V-IX siniflərin Bakı, Abşeron, Sumqayıt daxil olmaqla bütün bölgələrimizdə ilk əyani dərs günü çox yaxşı keçib: “Bunu Təhsil TV-nin kiçik reportajı da təsdiq edir”.

Xəbər 3026 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +