Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


25.08.2020  17:43 

“Əhali xarici ovçuların Azərbaycanda ov etməsinə qısqanc yanaşır”





A+  A-

Ötən il Azərbaycanda ov qaydalarını pozan 20 əcnəbi şəxs cəzalandırılıb və hər biri 2 min manat məbləğində cərimə olunublar.
XəzərNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti ölkə qanunvericiliyini pozduğuna görə, məcburi şəkildə ölkədən çıxarılıblar. 2018-ci ildə isə 16 əcnəbiyə qarşı belə cəza tətbiq olunub.

H. Əlizadə həmçinin əhalinin xarici ovçuların Azərbaycanda ov etməsinə qısqanc yanaşdığını söyləyib: “Sual olunur ki, ərəblər ölkəmizdə həmişə ov edirlər, buna necə nail olurlar? Bizdə əhali xarici ovçuların Azərbaycanda ov etməsinə qısqanc yanaşır. Əslində bunu anlayışla qarşılamaq lazımdır. Əcnəbilərin ovu konstitusiyadan irəli gəlir, bir sıra hüquqlar, o cümlədən ovçuluq vətəndaşlığından asılı olmayaraq hamıya şamil edilir. Amma bu o demək deyil ki, əcnəbilər ölkəmizdə həmişə ov edirlər. Məsələn, karantin dövründə ölkələrə giriş-çıxış olmayıb, hansısa vətəndaşın gəlib burada ov etməsi absurddur”.

H. Əlizadə vurğulayıb ki, vətəndaşlığından asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanunu pozanların qarşısı alınacaq.

Xəbər 1996 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +