Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.10.2023  15:33 

Xocalıda narkotik aşkar edilib-Foto





A+  A-

Xocalıda erməni seperatçılarının saldığı narkotik plantasiyası aşkar edilib

Xəzərnews.az Report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, işğal altındakı ərazilərdə narkotikin becərilməsi geniş səviyyədə təşkil olunub.

E.Hacıyevin sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb: “Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub.

Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Erməni hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi”.



Xəbər 1169 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +