Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


25.11.2019  13:21 

“Pokrov Məhərrəm” Azərbaycana deport edildi





A+  A-

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.
XəzərNews.az-ın “REN TV”yə istinadən verdiyi xəbərə görə, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.

Qeyd edək ki, Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə onun ölkədən kənara çıxarılmasına qərar verib.

Xatırladaq ki, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

Quliyev ilk dəfə 2018-ci ilin yazında tutulmuşdu. O, ticarətçilərdən 1 milyon rublu hədə-qorxu yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Onu Moskvada dəyəri 500 milyon rubldan çox olan evdə tutmuşdular. Həmin vaxt kriminal avtoritetin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin o, öz növbəsində qaydaları pozaraq restoranda dostlarına böyük ziyafət vermişdi. Məclisdən sonra Məhərrəm Quliyev yoxa çıxmışdı və federal axtarışa verilmişdi.

Xəbər 1667 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +