Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.07.2019  13:11 

DİN-dən yarışı izləmək istəyənlərə - Xəbərdarlıq





A+  A-

İyulun 21-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində görüləcək təhlükəsizlik tədbirləri ilə bağlı normalar açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”nun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, yarışlarda iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb: “İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır”.

Xəbər 1618 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +