Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.12.2017  13:26 

Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi





A+  A-

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən mütəmadi əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, ərazi polis orqanları tərəfindən keçirilən növbəti belə tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan, Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd “İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.

Həmçinin, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Gürcuva kənd sakini Nurlan Əhmədov, Aşağı Nemətabad kənd sakinləri Vüqar Kazımov və Məzahir Rəhimov “İJ-16” və “TOZ-16”, Balakən şəhər sakini İlqar Osmanov nömrəsi silinmiş “İJ-16”, Ağdam rayonunun Əhmədağalı kənd sakini Kərəm Quliyev nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq aidiyyatı üzrə rayon polis şöbələrinə təhvil veriblər.

Xəbər 1343 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +