Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək


12.02.2025  18:30 

Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir





A+  A-

Bir müddət öncə ləğv edilən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçmiş əməkdaşlarına son üç ayın məvacibi, həmçinin işlərini itirmələri ilə əlaqədar ödənməli olan kompensasiya verilmir.

XəzərNews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumda çalışan şəxslər bildiriblər.

Onların sözlərinə görə, əməkhaqları ödənilmədiyindən 3 ay ərzində banklara borcları yığılıb qalıb.

Hazırda Mərkəzlə bağlı Ləğvetmə Komissiyası yaradılıb və komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovdur. Həmin şəxslərin əməkhaqları və kompensasiyalarının ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirilməsi üçün ƏMDX-yə müraciət etdik.

Qurumdan sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvi ilə bağlı komissiya yaradılıb. Mülki Məcəllənin 59-61-ci maddələrində nəzərdə tutulmuş tələblər çərçivəsində ləğvetmə prosesi davam etdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar çərçivəsində Tərcümə Mərkəzinin əməkdaşlarının əməkhaqqı və digər təminatlarının verilməsi öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi 23 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Mərkəz 2 milyon 40 min 124 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Afaq Məsud Məsud qızıdır.

“Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabrın 21-i ləğv edilib.

Xəbər 1377 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +