İmamoğlu ilə birgə saxlanılanların TAM SİYAHISI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN


02.03.2025  15:09 

Slovakiya Ukraynaya yardımı dayandırdı





A+  A-

Slovakiya Ukraynaya hərbi və maliyyə yardımını dayandırır və dərhal atəşkəsdə israrlıdır.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 2-də Slovakiyanın baş naziri Robert Fiko məlumat verib.

"Slovakiya Ukraynaya müharibəni davam etdirməsinə imkan vermək üçün nə maliyyə, nə də hərbi dəstək verməyəcək. Əgər başqaları belə qərar verərsə, biz buna hörmət edirik"
, - bəyanatda deyilir.

Fiko güc vasitəsilə sülh strategiyasını “qeyri-real” adlandırıb. Onun fikrincə, bu, Ukraynada müharibənin davam etdirilməsinə bəraət qazandırmaq məqsədi daşıyır.

“Ukrayna heç vaxt hərbi güc mövqeyindən danışıqlar aparacaq qədər güclü olmayacaq. Aİ sammitinin yekunlarına görə (2 mart 2025-ci il) Slovakiya, digər məsələlərlə yanaşı, prezidenti Vladimir Zelenski və bir çox Aİ üzv dövlətlərinin rədd etdiyi (yekun sülh razılaşmasının nə vaxt əldə olunmasından asılı olmayaraq) dərhal atəşkəs zərurətini təklif edir”, - bəyanatda deyilir.

Slovakiya həmçinin tələb edir ki, sammitin yekunlarına Ukrayna ərazisindən Slovakiya və Qərbi Avropaya qaz tranzitinin bərpası tələbi açıq şəkildə daxil edilsin.

“Əgər sammitdə sadəcə olaraq müharibənin davam etdirilməsindən başqa fikirlərin olduğu nəzərə alınmasa, Avropa Şurası cümə axşamı Ukrayna ilə bağlı nəticələrlə razılaşmaya bilər”, - deyə Fiko bildirib.

Eyni zamanda o qeyd edib ki, Slovakiya Avropanın müdafiə qabiliyyətinin artırılmasının zəruriliyini qəbul edir.



Xəbər 916 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +