Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


29.09.2021  11:47 

Rusiyada öldürdü, Bakıda tutuldu





A+  A-

2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiya Federasiyasının Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirməsi və həmin şəxsin aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.

Rəşad İsayev 2018-ci il avqustun 14-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi istintaqın davam etdirilməsi üçün 2019-cu il avqustun 21-də Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Cari il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan olunub.

Sentyabrın 28-də Rəşad İsayev tutulun, ona yuxarıda həmin maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

XəzərNews

Xəbər 1879 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +