Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


29.03.2017  16:56 

Saatlı sakinləri: “Prezidentə deyiləsi çox sözümüz vardı...“





A+  A-

“İşıqları kəsib, yolları bağlayıb, rayonda həyatı dondurublar ki, nə var-nə var, prezident gəlib. Xalqın ürəyi dolu idi, İlham Əliyevə deyiləsi çoxlu sözümüz vardı, ancaq prezidentə yaxın düşə bilmədik”.
Martın 28-də prezident İlham Əliyev Saatlı rayonuna səfərə çıxıb.
XəzərNews.az-ın məlumatına görə, rayon sakinləri AzadlıqRadiosu-na danışırlar ki, əslində, prezidentin buraya gəlişini çoxdan istəyirlərmiş. O, martın 28-də rayona gəlsə də, onlar ölkə başçısına qalaq-qalaq problemlərindən danışmaq fürsətini qaçırıblar.

“Hamısı ürəyimizdə qaldı”


Zahid Əsgərov prezidentə qazın və işığın qiymətindən gileylənəcəkmiş: “Günlərlə işıqlarımızı kəsdilər ki, prezident gələcək deyə, yol kənarındakı dirəkləri, işıq xətlərini dəyişirlər. Mən özüm Mustafabəyli kəndindənəm. İşığı yenə gecədən kəsiblər. Camaatın ürəyi doludur, prezidentə qazın, işığın qiymətindən şikayətimiz vardı. Hamısı ürəyimizdə qaldı. Prezidentin ətrafına əvvəlcədən öyrədilmiş insanları buraxdılar. Adamlara evdən çölə boylanmağa imkan vermədilər. Guya prezidentin təhlükəsizliyinə görədir. Məsələn, mən prezidentə neyləyəcəkdim ki, uzaqbaşı, yaxınlaşıb deyəcəkdim, qazın, işığın qiymətini yerinə qaytar, batırıq”.

“Necə yaşayaq?”


Adı açıqlanarsa, işini itirməkdən qorxan məhkəmə işçisi deyir:

“Aylıq məvacibim 260 manatdır. Bu ay 180 manat qazpulu qəbzi gəlir. Qaza limit qoyulandan sonra narazılıq birə-beş artıb. Necə yaşayaq? “Prezident gələcək” deyib, təndir obyektimizi də bağlayıblar. Başımızı çölə çıxarmağa qoymurlar. Gecədən də işıqlarımızı söndürüblər”.

Saatlı sakinlərini narahat edən əsas məsələlərdən biri də əkin sahələridir. Dediklərinə görə, bu sahələri zorla əllərindən alıb pambıq əkirlər: “Biri də deməyib ki...”

“Prezident gəlib, pambıq sahələrinə aparıblar. Onun xoşuna gəlib, tərifləyib. Ancaq biri də deməyib ki, buralar camaatın örüş, taxıl sahələri olub”. Prezident Saatlıda pambıq müşavirəsi keçirib. O, pambıqçılığın inkişafına dövlətin töhfəsindən, vətəndaşların pambıqçılığa marağından danışıb. Saatlı Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə prezidentin rayona səfərinin uğurlu keçdiyi bildirilib. Ölkə başçısı rayonda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi keçirib. Çox vacib olan bu müşavirə rayonun iqtisadi və social inkişafına öz təsirini göstərəcək: “Hamının işığı da yanır, qazı da, heç bir narahatçılıq yoxdur. Bəli, bəzi təhlükəsizlik tədbirləri alınıb, bu da dövlət səviyyəsində olan bir işdir. Ancaq heç kəs evə qapadılmayıb, hərə öz işində-gücündədir. Boş söhbətlərdir”, – qurumdan belə deyiblər.

Xəbər 2756 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +