Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


05.02.2024  20:56 

Giorgi Kalandarişvili Mərkəzi Seçki Komissiyasında olub





A+  A-

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub.

Xəzərnews.az xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, iki ölkə arasındakı münasibətlər həm də ali seçki orqanları arasında sıx əməkdaşlığın qurulmasına səbəb olub.

M.Pənahov qeyd edib ki, seçki sisteminin inkişafında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi mühüm rol oynayır. O bildirib ki, seçicilərin seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Gürcüstan nümayəndə heyətinin rəhbəri Giorgi Kalandarişvili seçki prosesində şəffaflığın xüsusi əhəmiyyət kəsb etdiyini deyib və bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Qonaq seçkinin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyinə əminliyini ifadə edib.//AZƏRTAC

Xəbər 1444 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +