Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


05.02.2024  11:08 

ATƏT müşahidəçisi Azərbaycana buraxılmayıb?





A+  A-

Yevangelist Xalq Partiyasının İsveçrə Milli Şurasındakı üzvü, qeydiyyatdan keçmiş ATƏT müşahidəçisi Nik Quggerin prezident seçkilərini müşahidə etmək üçün gəldiyi Azərbaycana buraxılmadığı bildirilir.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Blick” məlumat yayıb.

Bildirilib ki, fevralın 3-də Azərbaycanın paytaxtı Bakıda qalmaqal yaşanıb və isveçrəli siyasətçi ölkədən qovulub.

“Qugger Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi səfər edib. Onun missiyası qarşıdan gələn prezident seçkilərini müşahidə etmək, həmçinin insan hüquqları pozuntuları barədə məlumat əldə etmək olub”, - nəşr yazır.

Qeyd olunub ki, şənbə gecəsi Bakıya enən kimi onu diplomatik girişdə uniformalı polis əməkdaşları saxlayıb pasportunu müsadirə ediblər və ölkəyə girişinə icazə verməyiblər. İsveçrə nümayəndə heyəti də daxil olmaqla, ATƏT-in digər müşahidəçilərinin isə ölkəyə problemsiz buraxıldığı bildirilir.

“Polis Milli Şura üzvünü Bakı hava limanında üç saata yaxın saxlayıb, çay alıb, sonra İstanbula uçan təyyarəyə mindirib. O, yalnız Türkiyədə pasportunu geri alıb. O, şənbə günü saat 14:00-da (Bakı vaxtı ilə 17:00) Sürixə enib”, - mətbuat orqanının məlumatında deyilir.

Bildirilib ki, hadisə barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassisə məlumat verilib və o, artıq məsələdən xəbərdardır./yeniavaz.com

Xəbər 1685 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +