Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


17.01.2022  09:25 

Lənkəranda əməliyyat: narkotika və silah...





A+  A-

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan “VAZ 2106” markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib. Keçirilən baxış zamanı həmin evdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.



Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.



Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 1577 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +