Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


30.05.2020  11:16 

Özbəkistanda karantin rejimi uzadıldı





A+  A-

Özbəkistan hökuməti koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin tədbirlərini iyunun 15-dək uzadıb, lakin vəziyyətin yaxşı olduğu regionlarda idman klubları açılacaq və toylara icazə veriləcək.
XəzərNews.az bildirir ki, bu barədə “RİA Novosti” ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verib.

Xüsusi komissiyanın qərarı ilə iyunun 1-dən etibarən “sarı zonalarda” dövlət müəssisələrinə xidmət göstərən sürücülərin, iaşə xidməti müəssisələrinin hazırlanması ilə məşğul olan rieltorların, təşkilatların fəaliyyəti bərpa olunacaq.

Həmçinin, “yaşıl zonalarda” idman və fitnes klubları, pansionatlar, sanatoriyalar, uşaq düşərgələri, mehmanxanalar (hostellərdən başqa) öz işini bərpa edəcək. Burada iyun ayının 1-dən etibarən sanitar tələblərə riayət olunması şərti ilə toy və digər ailə şənliklərinin keçirilməsinə icazə veriləcək.

Qeyd edək ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 3 488, bu virusdan ölənlərin sayı isə 14-dür. 2 728 pasiyent sağalıb, 746-sının müalicəsi davam etdirilir.

Xəbər 1925 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +