Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


19.10.2018  12:46 

Azərbaycandan külli miqdarda dollar çıxarmaq istədilər





A+  A-

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Burada onun baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Daha sonra həmin şəxsin şübhə doğuran çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd - hər biri 100 ABŞ dolları nominalında əskinas olmaqla, cəmi 15.400 ABŞ dolları aşkar edilib.

Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında əskinas olmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə vətəndaşda 25.400 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1988 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +