Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.03.2025  12:01 

İsveç müdafiə xərclərini artırır





A+  A-

İsveç müdafiə xərclərini ÜDM-in təxminən 3,5%-nə qədər artıracaq hərbi silahlanma planını açıqlayıb.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, bu, İsveçin soyuq müharibədən bəri ən böyük yenidən hərbi silahlanma planıdır. Baş nazir qeyd edib ki, qərar İsveç və Avropanın "tamamilə yeni təhlükəsizlik mühiti ilə təmasda olması" ilə əlaqədardır.

Kristersson vurğulayıb ki, İsveçin müdafiə xərcləri artıq NATO-nun 2%-lik hədəfini keçsə də, bu kifayət deyil. Məhz buna görə də ölkə Şimali Atlantika Alyansının Haaqa sammitində ən yüksək məqsədə nail olmağa çalışır.

"Bu gün biz İsveçin müdafiə xərclərini 2030-cu ilə qədər ÜDM-in təqribən 3,5%-ə çatdırmaq üçün iddialı plan təqdim etdik. Plana təxminən 300 milyard SEK (27,7 milyard avrodan çox) kreditlə maliyyələşdiriləcək investisiyalar daxildir", - İsveçin baş naziri bildirib.

Xəbər 1621 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +